`Bizi o vaxt dayandırmasaydılar...` - Zakir Həsənov aprel döyüşlərindən danışdı
23:11 13 İyul 2017
“Biz ermənilərin nəyə ümid etdiyini bilirik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaqla, Ermənistan digər ölkələri öz təxribatlarının girovuna çevirir. Onlar bilirlər ki, əgər heç kim situasiyaya müdaxilə etməsə, heç 3 gün davam gətirə bilməyəcəklər. 2016-cı ildə artıq bu, baş verib. Bizi o vaxt dayandırmasaydılar, müqavimət artıq sındırılacaqdı. Düşmənin illər ərzində qurduğu müdafiə xəttini 40 dəqiqəyə keçdik”.
Femida.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov deyib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, Azərbaycan problemin sülh yolu ilə həllinə sadiqdir: “Lakin bu o demək deyil ki, danışıqlar sonsuzluğa qədər davam edə bilər. Onlar çox uzandı. Danışıqlar naminə danışıqlar bizə lazım deyil. Ətrafa diqqət yetirin, beynəlxalq qanunlar artıq işləmir, hamı gücə amilinə arxalanır. Əlbəttə ki, biz buna reaksiya verməliyik”.
Femida.az
Oxunub: 7625
Oxşar xəbərlər
- `Bizi Azərbaycandan zəif olmaqda ittiham edirlər` - Sarkisyan
- `Bizim kifayət qədər neftimiz var` - İlham Əliyev
- `Bizi azad görmək istəmirlər` - `Qoca`nın yeni görüntüləri
- `Bizim idmançılar çox peşəkar və vətənpərvərdir` - İlham Əliyev
- `Bizim təcrübəmiz artıq dünyada bir model kimi qəbul olunur` - Mehriban Əliyeva
- `Bizim gücümüzün mənbəyi keçmişimizdir` - İlham Əliyev
- `Bizi nümunə kimi göstərirlər` - İlham Əliyev
- `Bizi quldur Ermənistan hakimiyyətindən xilas edin` - Azərbaycan hakimiyyətinə çağırış
- `Bizim sizə pisliyimiz dəyməz` - Brüssellə əlaqələr yeni mərhələdə
- `Bizimlə hesablaşırlar` - Azərbaycan prezidenti